“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
12 iyun 2021, 16:33
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 54; 2008, № 7, maddə 602; 2016, № 4, maddə 648; 2020, № 7, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.2-ci maddədən “qeydiyyatı və” sözləri çıxarılsın;
1.2. 5.1-ci və 7.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“5.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin uçotunun aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşma, əlilliyin, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən registr yaradılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin registrə çıxışı təmin edilir.”;
“7.4. Şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərə təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarət təşkil edilir, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir.”.
Maddə 2. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 562; 2007, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2020, № 7, maddə 829) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 6-cı maddə üzrə:
2.1.1. 6.1-ci maddədə “Səhiyyə orqanları” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
2.1.2. 6.2-ci maddədə “səhiyyə orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
2.1.3. 6.3-cü maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
2.2. 13-cü maddənin birinci cümləsində “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə və ikinci cümləsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
2.3. 14.4-cü maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681; 2006, № 2, maddə 75; 2007, № 1, maddə 5; 2016, № 2 (I kitab), maddə 195, № 12, maddə 2030; 2019, № 11, maddə 1684) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1-ci maddədən “səhiyyə,” sözü çıxarılsın və həmin maddəyə “daxili işlər orqanları,” sözlərindən sonra “tibb müəssisələri,” sözləri əlavə edilsin;
3.2. 16-cı maddə üzrə:
3.2.1. adında “Səhiyyə orqanları və səhiyyə” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və tibb” sözləri ilə əvəz edilsin;
3.2.2. 16.1-ci maddədə “Səhiyyə orqanları” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
3.2.3. 16.2-ci maddədə “Səhiyyə orqanları” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə və “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;
3.2.4. 16.3-cü maddədə “səhiyyə orqanlarının və səhiyyə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və tibb” sözləri ilə əvəz edilsin;
3.3. 20.6.4-cü maddənin ikinci cümləsində və 21.0.5-ci maddədə “səhiyyə” sözü “dövlət tibb” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 444, № 12, maddə 1210; 2019, № 11, maddə 1684) 3.0.12-ci maddəsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
Maddə 5. “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 208; 2011, № 2, maddə 71; 2019, № 8, maddə 1384) 15.2-ci maddəsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
Maddə 6. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 710; 2011, № 12, maddə 1088; 2018, № 7 (I kitab), maddə 1382; 2019, № 3, maddə 379; 2020, № 6, maddə 670, № 7, maddə 830) 12.2-ci maddəsinə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
Maddə 7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 669, № 7, maddələr 824, 830, № 11, maddələr 1329, 1335, № 12 (I kitab), maddə 1420; 2021, № 2, maddə 108) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 28.3-cü maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri və “xidmət” sözündən sonra “həmin təhsil müəssisələri tərəfindən” sözləri əlavə edilsin;
7.2. 29.0.40-cı maddə aşağıdakı redaksiyada verilsin:
“29.0.40. dövlət təhsil müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək;”;
7.3. 31.0.2-ci maddədə “, səhiyyə və digər orqanların” sözləri “və digər orqanların, eləcə də tibb müəssisələrinin” sözləri ilə əvəz edilsin.
Maddə 8. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830; 2021, № 2, maddə 109) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 13.1-ci maddədə “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
8.2. 18.0-cı maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
8.3. 22.3-cü maddədə “orqanları həyata keçirirlər” sözləri “orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir” sözləri ilə əvəz edilsin;
8.4. 23.2.1-ci və 30.3-cü maddələrdə “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
Maddə 9. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 376; 2011, № 7, maddə 594; 2014, № 6, maddə 609; 2016, № 1, maddə 17; 2019, № 1, maddə 34; 2020, № 12 (I kitab), maddə 1423) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 10.2.7-ci və 18.4.4-cü maddələrdə “orqanlarına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;
9.2. 19.5-ci maddədə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
Maddə 10. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 481; 2014, № 11, maddə 1350; 2016, № 4, maddə 651; 2018, № 5, maddə 892; 2020, № 7, maddə 831) 21.1-ci maddəsində “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə və “edirlər” sözü “edir” sözü ilə əvəz edilsin.
Maddə 11. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 836; 2017, № 8, maddə 1512; 2019, № 11, maddə 1685) 6.1.2-ci və 6.2-ci maddələrində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2021-ci il