Məhərrəm Dadaşovdan, Ağdam, Azərbaycan
Text size


16 iyun 2021, 18:00
Cənab Prezident.
Ağdam şəhərinin yenidən qurulmasının təməlini qoymağınız biz ağdamlıları sevindirir və gələcəyə daha inamla baxmağa sövq edir. Biz gələcəkdə əvvəlkindən də gözəl və daha xoş mənzərəli Ağdam görəcəyik. Sizin hər bir işiniz insanların firavanlığına və rahat yaşayışına xidmət edir.
Bu işlərin əsas memarına – Sizə bütün Ağdam camaatı adından təşəkkürümüzü bildirir, gələcək işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Dadaşov Məhərrəm.
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.