logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Depozit Sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

19 iyun 2012, 22:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 247-IVQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Depozit Sistemi haqqında Əsasnamə”nin 2.1-ci bəndinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“Depozitar fəaliyyəti – qiymətli kağızların saxlanması, onlara hüquqların və öhdəliklərin yüklənməsi faktlarının uçotu və təsdiqi, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada pul hesablarının açılması, aparılması və pul köçürmələri ilə əlaqədar xidmətlər göstərilməsindən ibarət olan peşəkar fəaliyyət;”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi