logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Esmira Süleymanova və başqalarından, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

15 iyun 2021, 13:55

Əziz və hörmətli Prezident,

Siz hər zaman çıxışlarınızda deyirdiniz ki, düşməni işğal edilmiş ərazilərimizdən qovacağıq, tarixi ədaləti bərpa edəcəyik, torpaqlarımıza qayıdacağıq və oralarda gözəl şərait yaradacağıq. Biz Sizin bu sözlərinizi eşidəndə daha da əmin olurduq ki, gec-tez o gün gəlib çatacaq. Budur, artıq Siz bizim uzun illər yaşadığımız həsrətə son qoydunuz, ata-baba torpaqlarımızı geri qaytardınız. İndi isə həmin torpaqlarda Sizin rəhbərliyinizlə bərpa, quruculuq işləri həyata keçirilir.

Möhtərəm Prezident, Sizin Ağdam şəhərinin bərpasının təməl daşını qoymağınız hər birimizə qürur yaşadan tarixi hadisədir. İnanırıq ki, yenidənqurma işləri ən yüksək səviyyədə həyata keçiriləcək. Siz doğma yurdlarına qayıdıb orada yaşamaq istəyən insanların arzusunu reallaşdırırsınız. Bunun mənəvi dəyəri, yaşatdığı sevinc və qürur hissi ölçüyəgəlməzdir.

Cənab Prezident, əminik ki, Azərbaycan xalqı hər zaman Sizin rəhbərliyinizlə müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ölkəmizin parlaq gələcəyi naminə çətin, lakin son dərəcə şərəfli və məsul fəaliyyətinizdə Sizə böyük müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Süleymanova Esmira,

Əliyeva Leyla,

Əsədov Taleh,

Əsgərova Simuzər,

Mehdiyeva Afaq,

Ağdam rayonunun pedaqoji işçiləri.

Azərbaycan Respublikası, Ağdam rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi