logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Loğman İbadov və Pərviz Aslanovdan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

15 iyun 2021, 14:38

Hörmətli cənab Prezident,

Ağdam rayonuna göstərdiyiniz diqqət və qayğıya görə Sizə şəxsən öz adımızdan və ailələrimiz adından dərin minnətdarlığımızı bildiririk. Ağdam şəhərinin bərpasının təməlqoyma mərasimində iştirakınız və çıxışınız biz ağdamlıları daha da ruhlandırıb. Yeni Ağdamın əvvəlkindən də gözəl olacağına əminik. Əgər bu işin təməlini Siz qoymusunuzsa, elə də olmalıdır.

Cənab Prezident, Siz xalqımız üçün çox işlər görmüsünüz. Ulu Tanrı Sizə və ailənizə hər zaman firavan həyat qismət etsin.

Hörmətlə,

İbadov Loğman,

Aslanov Pərviz.

Azərbaycan Respublikası, Ağdam rayonu, Hacıturalı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi