Məmmədəli İmanov və Zərifə Həsənovadan, Ağdam, Azərbaycan


14 iyun 2021, 12:10
Möhtərəm cənab Prezident,
Bu gün bizim qəlbimiz fərəh hissi ilə döyünür. Uzun ayrılıqdan sonra doğma Ağdamımız, daha doğrusu düşmənin xarabalığa çevirdiyi yurdumuz özümüzə qayıtdı. İndi bizim qarşımızda bu xarabalıq məkanda yeni şəhər salmaq kimi böyük bir missiya dayanır. Sizin 28 May – Respublika Günündə Ağdama səfəriniz və şəhərin bərpasının təməlqoyma mərasimində iştirakınız bizi hədsiz sevincə qərq etdi. Sizin dəstəyiniz və diqqətiniz sayəsində əvvəlkindən də gözəl Ağdama sahib olacağımıza inanırıq.
Əziz Prezidentimiz, Mahrızlı kəndinin sakinləri adından Sizə dərindən təşəkkür edirik.
Allah hər zaman Sizə kömək olsun!
Hörmətlə,
İmanov Məmmədəli,
Həsənova Zərifə.
Azərbaycan Respublikası, Ağdam rayonu, Mahrızlı kəndi.