“Azərbaycan Respublikası və Ukrayna arasında 2011-ci il yanvarın 26-da Davos şəhərində imzalanmış sənədlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 415 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Text size
19 iyun 2012, 21:25
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası və Ukrayna arasında 2011-ci il yanvarın 26-da Davos şəhərində imzalanmış sənədlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 415 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 284) adında və 1-ci hissəsində “26-da” sözləri “28-də” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2012-ci il.