Murad Allahverdiyev və Sabir Əliyevdən, Ağdam, Azərbaycan


14 iyun 2021, 10:36
Çox hörmətli, Müzəffər Ali Baş Komandan,
Biz, Sarıcalı kənd sakinləri Sizin rəhbərliyinizlə və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə erməni işğalına son qoyulduğuna görə xoşbəxtik. İşğaldan azad olunan rayonlarımıza səfərləriniz bizə böyük qürur və inam hissi yaşadır. Sarıcalı kəndinin sakinləri hər zaman Sizə inanıb, güvənib, dəstəkləyib.
28 May - Respublika Günündə Ağdama səfərinizə, yeni və möhtəşəm Ağdam şəhərinin təməl daşını atdığınıza görə Sizə sonsuz təşəkkürümüzu bildiririk.
Ağdamlılar hər zaman dövlətimizə, dövlətçiliyimizə xidmətdən zövq alaraq Sizin müdrik və uzaqgörən siyasətinizi dəstəkləmişlər.
Allah Sizə və ailə üzvlərinizə cansağlığı versin. Biz Sizinlə qürur duyuruq. Qürur duyuruq ona görə ki, Siz bizə bu böyük müqəddəs sevinci yaşatdınız. Allah Sizi qorusun!
Hörmətlə,
Allahverdiyev Murad Ramiz oğlu,
Əliyev Sabir Alı oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Sarıcalı kəndi.