Pərviz Salmanov və başqalarından, Abşeron, Azərbaycan


04 iyun 2021, 13:31
Möhtərəm cənab Prezident,
İşğaldan azad edilmiş ərazilərimizə hər səfəriniz, müxtəlif tədbirlərdə iştirakınız xalqımızda böyük sevinc və fəxarət hissi doğurur. Siz bu torpaqlara qalib ölkənin qalib lideri kimi gedirsiniz. Bu günləri böyük intizarla gözləyirdik. Biz qalib ölkənin vətəndaşları olmaqdan, dövlətimizə Sizin kimi müdrik siyasi xadimin rəhbərlik etməsindən qürur duyuruq.
Cənab Prezident, bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Buna səbəb Ağdam şəhərinin bərpasının təməl daşını qoymağınızdır. Əminik ki, Sizin rəhbərliyinizlə bərpa işləri ən yüksək keyfiyyətlə həyata keçiriləcək. Ata-baba torpaqlarımıza qayıdıb orada yaşamağı səbirsizliklə gözləyirik.
Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, dövlətimizin və xalqımızın firavanlığı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
Hörmətlə,
Salmanov Pərviz,
Nəcəfova Nərminaz,
Məmmədov Kənan,
Ağdam rayonundan məcburi köçkünlər.
Azərbaycan Respublikası, Abşeron rayonu.