logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqadan

Text size icon-size icon-size

02 iyun 2021, 15:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Zati-aliləri, Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələri genişləndirmək məqsədilə göstərdiyimiz birgə səylərin hökumətlərimiz arasında ticarət və iqtisadiyyat, eləcə də hava daşımaları, ərzaq təhlükəsizliyi və enerji sahəsində ikitərəfli sənədlərin imzalanmasına imkan yaratdığını qeyd etməkdən məmnunluq duyuram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzulayıram.

Dərin hörmətlə,


Xaltmaaqiyn Battulqa

Monqolustanın Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi