Nazir Abbasov və başqalarından, Ağdam, Azərbaycan


11 iyun 2021, 15:00
Möhtərəm Prezident,
Respublika Günündə Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirakınız bizi olduqca qürurlandırdı. Biz həmişə torpaqlarımızın düşmən tapdağından azad edilməsi arzusu ilə yaşamışıq. Çox sevinirik ki, Siz bizim bu arzumuzu reallaşdırdınız və hətta həmin torpaqlarda dərhal yenidənqurma, bərpa işlərinin başlanılmasına göstəriş verdiniz. Budur Vətən, xalq sevgisi. Sizin kimi Prezidentimizin olması bizim üçün böyük xoşbəxtlikdir.
Cənab Prezident, inanırıq ki, Sizin rəhbərliyinizlə görüləcək işlər nəticəsində Ağdam respublikamızın ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdamın Qaradağlı kəndinin sakinlərinin Sizə dərin minnətdarlığını, ən xoş arzularını çatdırırıq.
Hörmətlə,
Abbasov Nazir Rza oğlu,
Qasımova Reyhan Mehdiqulu qızı,
Muradova Gülnurə Turab qızı.
Azərbaycan Respublikası, Ağdam rayonu, Qaradağlı kəndi.