logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şahvələd Nəcəfovdan, Şəmkir, Azərbaycan

Text size icon-size icon-size

03 iyun 2021, 13:10

Möhtərəm cənab Prezident,

Əvvəla Sizi və şanlı Ordumuzu Qələbə münasibətilə təbrik edirəm. Beynəlxalq ictimaiyyət və təşkilatlar 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın qaytarılmasına biganə yanaşdılar. Ancaq ulu öndərimiz Heydər Əliyevin və Sizin uzaqgörən, təcrübəli daxili və xarici siyasətiniz nəticəsində biz Qələbə çaldıq və neçə illərin həsrəti bitdi, sonunda Qarabağ bizim oldu.

Qarabağ Azərbaycandır!

Allah Sizi və əsgərlərimizi qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Yaşasın Ali Baş Komandan!

Siz yağı düşməndən qorxmadan, çəkinmədən neçə illərin münaqişəsinə son qoydunuz. Bu günə kimi heç kim bu cür qəhrəmanlıq göstərməmişdir. Azərbaycan xalqı və Şanlı Ordumuz Sizin rəhbərliyinizlə tariximizin yeni şərəf və ləyaqət səhifəsini tarixə qızıl hərflərlə yazdı.

Yaradan Sizi üzü nurlu, gözləri parlaq yaradıb. El-oba hörməti, məhəbbəti qazanmısınız. Daim xalqla birsiniz. Azərbaycan xalqı olaraq Sizin arxanızdayıq, Sizi dəstəkləyirik.

İlhamla daim irəli!

Hörmətlə,

Nəcəfov Şahvələd Qələm oğlu

Azərbaycan Respublikası, Şəmkir rayonu, Dəllər Daşbulaq kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi