logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nurdanə Qasımovadan, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

04 iyun 2021, 11:27

Qalib Azərbaycanın çox hörmətli Prezidenti, Müzəffər Ali Baş Komandan!

Mən Ağcabədi rayon Cəlil Məmmədquluzadə adına Kəhrizli kənd orta məktəbin 6-cı sinif şagirdiyəm. Biz uşaqların heç vaxt görmədiyi, ancaq arzuladığımız torpaqlarımızı bizə qaytardığınız üçün Sizə minnətdarıq. Mən də öz səngərimizdə möhkəm dayanıb dərslərimi əla oxuyur, Sizin adınıza layiq şagird olmaq üçün çalışıram. Bütün sinif yoldaşlarımla birgə Sizin kimi Prezidentimiz olduğu üçün özümüzü xoşbəxt sanırıq. Arzum budur ki, mən də Şuşada olum. Azərbaycan dili müəllimimin “Əziz Şuşa, sən azadsan” adlı şeirini orada söyləyim. Həmin şeiri Sizə göndərirəm.

Dağın-daşın bir səngərdi,

Oğulların sinə gərdi,

İlham oğlun igid ərdi,

Əziz Şuşa, sən azadsan!

Çəkildi başından duman,

Xainlərə yoxdur aman,

Xəbər verdi Ali Baş Komandan,

Əziz Şuşa, sən azadsan!

Şux açılsın daha güllər,

Qovuşacaq yenə ellər,

Nəğmə deyir sənə dillər,

Əziz Şuşa, sən azadsan!

Şəhid qanından yoğruldun,

Öldün yenidən doğuldun,

Zəfər çaldın, qalib oldun,

Əziz Şuşa, sən azadsan!

Bata bilməz haqqa nahaq,

Əbədi zəfər çalaraq,

Var ol səni, qəhrəman xalq!

Əziz Şuşa, sən azadsan!

İnşallah gözəl Şuşamızın təmiz havasını udandan sonra bu şeiri daha ucadan söyləyərəm.

Hörmətlə,

Qasımova Nurdanə Elsevər qızı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Böyük Kəhrizli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi