logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksadan

Text size icon-size icon-size

01 iyun 2021, 15:48

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Cənab Prezident, ölkələrimiz geniş bir regionda sülhü, təhlükəsizliyi, firavanlığı təşviq edən idealları və dəyərləri paylaşmaqda davam edir. Qoşulmama Hərəkatının sədri olaraq Sizin mahir idarəçiliyinizlə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli sıx əməkdaşlıq, dostluq münasibətləri davamlı olaraq inkişaf edir. İnanıram ki, yaxın gələcəkdə bu əməkdaşlıq iqtisadi cəhətdən vacib olan strateji tərəfdaşlıq sahələrində daha da güclənəcək.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik arzu edir, öz adımdan və Şri-Lanka xalqı adından böyük xalqınıza davamlı tərəqqi diləyirəm.


Qotabaya Racapaksa

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi