logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan, Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyodan

Text size icon-size icon-size

31 may 2021, 18:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz qardaşım, hörmətli cənab Prezident.

Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, Azərbaycan xalqına və Hökumətinə müstəqilliyinizin 103-cü ildönümü - 28 May – Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.

Bu əlamətdar gündə dövrümüzün çağırışları ilə mübarizə aparmaq, qarşılıqlı hörmət, həmrəylik və əməkdaşlıq prinsiplərinə əsaslanan daha çoxtərəfli bir dünya qurmaq naminə Sizinlə və Hökumətinizlə əl-ələ verərək çalışmaqda davam etmək niyyətimizi bildirməkdən qürur duyuruq.

Daim müstəqil və azad Nikaraqua olaraq qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir və ona bütün nikaraqualıların sevgisini çatdırırıq.


Daniel Orteqa Saavedra

Nikaraqua Respublikasının Prezidenti,

Rosario Muriyo

Nikaraqua Respublikasının vitse-prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi