logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Teyyub Əliyevdən, Bərdə, Azərbaycan

Text size icon-size icon-size

01 iyun 2021, 14:30

Möhtərəm cənab Prezident,

Ağdam şəhərinin bərpasının təməl daşını qoymanızı böyük sevinclə və minnətdarlıqla qarşıladıq. Ağdamın düşməndən azad edilməsinə görə nə qədər çox sevinmişdiksə, Respublika Günündə bu önəmli mərasimdə iştirakınız da bizə eyni hissləri yaşatdı. Yenidənqurma işləri başa çatdıqdan sonra doğma yurdumuza qayıtmağı səbirsizliklə gözləyirik.

Cənab Prezident, Ağdam rayonunun Qiyaslı kəndinin sakinləri adından Sizə dərin təşəkkürümü bildirirəm. Qürur duyuruq ki, biz qalib ölkənin vətəndaşlarıyıq və Sizin kimi Müzəffər Ali Baş Komandanımız var.

Ulu Tanrı Sizi, ailənizi qorusun!

Hörmətlə,

Əliyev Teyyub Əyyub oğlu

Azərbaycan Respublikası, Bərdə şəhəri.  

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi