Elvin Salmanovdan, Lerik, Azərbaycan


31 may 2021, 17:30
Hörmətli cənab Prezident,
Siz istirahət etmədən xalqımızın qayğısına qalır, Vətənimizin gələcəyi üçün çalışırsınız. Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Qarabağın azadlığını bizə bəxş etməklə adınız dünya sərkərdələri sırasına düşdü. Koronavirus epidemiyasının ilk günlərində qabaqlayıcı tədbirlərin görülməsi də öz nəticəsini verdi.
Sizin sayənizdə respublikamız günü-gündən inkişaf edir. Buna görə də xalq daim Sizin arxanızdadır. Mən bu günlərdə Masallı “ASAN” Xidmətə müraciət etdim. Gördüyüm şərait, rastlaşdığım yeniliklər, kollektivin münasibəti məni yaxşı mənada çox təəccübləndirdi, professional, operativ və innovativ yanaşma xoş təsir bağışladı.
Bütün sahələrdə baş verən inkişafa görə Sizə təşəkkür edirəm. Bizim seçimimiz və gələcəyimiz Sizinlə bağlıdır.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Salmanov Elvin Nail oğlu
Azərbaycan Respublikası, Lerik rayonu.