logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Mahmudəli Kalimatovdan

Text size icon-size icon-size

29 may 2021, 16:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycanın vətəndaşlarını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, böyük həyat enerjisi və respublikanın rifahı naminə quruculuq fəaliyyətinizdə uğurlar diləyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, xoş güzəran və əmin-amanlıq, Sizin gözəl diyarınıza bundan sonra da inkişaf, sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,


Mahmudəli Kalimatov

Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi