logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Text size icon-size icon-size

29 may 2021, 16:02

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

Sizə möhkəm cansağlığı, sülh, sabitlik və Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Cənab Prezident, Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və orada baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq.

Səmimi hörmətlə,


Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi