logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən, Şuranın Baş katibinin müavini, Şurada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərovdan

Text size icon-size icon-size

29 may 2021, 15:27

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

MDB Parlamentlərarası Assambleya Şurası adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Bu əlamətdar bayram müstəqillik və azadlıq prinsiplərinə əsaslanan müasir dövlətçilik mərhələsinin başlanğıcı kimi respublikanın həyatında ən mühüm tarixi hadisələr sırasına daxildir. Bu gün Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə sanballı uğurlara nail olub, dünya siyasi arenasında yüksək nüfuz qazanıb.

Möhtərəm cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, bütün Azərbaycan xalqına sülh, firavanlıq diləyək və Birlik ölkələri arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzu edək.

Hörmətlə,

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi,


Aydın Cəfərov

Şuranın Baş katibinin müavini,

Şurada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi