logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elvira Əfəndiyevadan, Qazax, Azərbaycan

Text size icon-size icon-size

29 may 2021, 15:44

Yenilməz sərkərdəm, Müzəffər Ali Baş Komandanım.

Şuşada, Cıdır düzündə möhtəşəm "Xarıbülbül" musiqi festivalının keçirilməsi bütün xalqımıza unudulmaz bir xoşbəxtlik yaşatdı, 30 ilə yaxındır bizi gözləyən “Xarıbülbül” yenidən canlandı.

Xalqımıza yaşatdığınız möhtəşəm festivaldakı çıxışınız və Ulu Öndərimizin səsini dinlədikcə qəhərlənən gözlərinizdəki sevinc hər bir azərbaycanlının ürəyində Sizə olan sevgini bir daha möhürlədi.

Sizə tükənməz sevgi bəsləyən qazaxlılar və şəxsən öz adımdan dərin hörmət və ehtiramımı bildirirəm. Tanrı Sizi Azərbaycan xalqına çox görməsin. Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirəm.

Hörmətlə,

Elvira Əfəndiyeva

Azərbaycan Respublikası, Qazax rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi