Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanidən
28 may 2021, 12:52
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə Əfqanıstan xalqı adından Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyiniz sayəsində daha sürətlə inkişaf edəcək. Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafına sadiqliyimizin təzahürüdür.
Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram.
Hörmətlə,
Məhəmməd Əşrəf Qani
Əfqanıstan İslam Respublikasının Prezidenti