logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayddan

Text size icon-size icon-size

28 may 2021, 12:28

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, biz dünyamızdakı bütün cəmiyyətlərə böyük təsir göstərmiş qlobal çağırışa qalib gəldikdən sonra ölkələr arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq daha da genişlənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı, həmçinin Azərbaycan Respublikasına və onun xalqına əmin-amanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,


Kersti Kalyulayd

Estoniya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi