Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan


14 iyun 2012, 18:00
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Azərbaycan dövlətçiliyinin bərpa edilməsi günü sadəcə əlamətdar tarix deyil, həm də azadlıqsevər Azərbaycan xalqının ümidlərinin həyata keçməsinin təcəssümü olan tarixi əhəmiyyətli hadisədir.
İnanıram ki, Ukrayna və Azərbaycanın nail olduğu müsbət əməkdaşlıq potensialı bundan sonra da ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə şərait yaradacaq, iqtisadi, humanitar və regionlararası əməkdaşlıq sahələrində yeni layihələrlə zənginləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Səmimiyyətlə,
Leonid Kuçma
Ukraynanın sabiq Prezidenti