logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Polşa Respublikasının Prezidenti Andjey Dudadan

Text size icon-size icon-size

27 may 2021, 14:49

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizə, xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa ilə Azərbaycan arasındakı ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə toxunaraq Sizi əmin etmək istərdim ki, Varşava xalqlarımız üçün faydalı olan bütün əməkdaşlıq sahələrini əhatə edən münasibətlərimizin gələcək inkişafına hazırdır.

Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bir daha bütün Azərbaycan vətəndaşlarına təbriklərimi çatdırım.

Hörmətlə,


Andjey Duda

Polşa Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi