Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən
26 may 2021, 14:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, xalqınıza tərəqqi və rifah arzulayıram.
Əminəm ki, hamılıqla pandemiyanın və onun nəticələrinin aradan qaldırılması üçün mübarizə apardığımız bu çətin vaxtda dost və müttəfiq ölkələrimiz münasibətlərimizin təşviqi üzərində işləyəcək və yeni əməkdaşlıq formaları tapacaq. Xüsusilə hər iki ölkənin enerji və infrastruktur sahələrindəki iqtisadi potensialı daha səmərəli və daha əhəmiyyətli əməkdaşlıq üçün stimul ola bilər.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.
Zoran Milanoviç
Xorvatiya Respublikasının Prezidenti