Paraqvay Respublikasının Prezidenti Fernando Luqo Mendesdən
Text size
11 iyun 2012, 17:30
Cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı və hökuməti adından, o cümlədən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər gələcəkdə də möhkəmlənəcək, arzuladığımız sülh və tərəqqi hədəflərinə nail olmaqda bizə yardımçı olacaqdır.
Zati-aliləri, fürsətdən istifadə edərək bir daha Azərbaycan xalqına və hökumətinə təbriklərimi çatdırır, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.
Fernando Luqo Mendes
Paraqvay Respublikasının Prezidenti