logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Text size icon-size icon-size

24 may 2021, 18:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə daimi ehtiramımı və ən səmimi təbriklərimi çatdırıram.

İcazə verin, bu bayram günündə Sizə və dost Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, sülh, sabitlik və əmin-amanlıq arzulayım.

İctimai-siyasi və sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edən Azərbaycan bu gün dünya arenasında layiqli yer tutur.

Azərbaycan Respublikası hər zaman Həştərxan vilayəti üçün əsas tərəfdaş olub və bu, hazırda da belədir. Sizin şəxsi diqqətiniz sayəsində dostluq ənənələrinə, mehriban qonşuluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlığımız uzun illər ərzində uğurla inkişaf edir və möhkəmlənir. Əminəm ki, Həştərxan-Azərbaycan çoxşaxəli əlaqələri bundan sonra da məhsuldar və intensiv olacaq, qarşılıqlı fəaliyyətimiz isə xalqlarımızın mənafeləri naminə bütün istiqamətlərdə davam edəcək.

Dərin hörmətlə,


İqor Babuşkin

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi