logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İraq Respublikasının Prezidenti Cəlal Tələbanidən

Text size icon-size icon-size

07 iyun 2012, 17:30

Zati-aliləri,

Milli bayram – Respublika Günü münasibətilə Zati-alinizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram. Əminəm ki, Azərbaycan və İraq xalqlarının mənafeyi naminə ölkələrimiz arasında bütün sahələrdə dostluq və əməkdaşlıq möhkəmlənəcək və genişlənəcəkdir.

Dərin hörmət və ehtiramla qardaşınız,

Cəlal Tələbani
İraq Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi