logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

18 may 2021, 16:53

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718) ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 5.7-ci bəndinə “saxlanma xərcləri” sözlərindən sonra “və dövlət icbari şəxsi sığortası vəsaitləri” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2021-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi