İlham Əliyev Niderland Krallığının İqtisadi məsələlər, Kənd təsərrüfatı və İnnovasiyalar nazirliyinin Xəzər regionu enerji məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rene van der Lindeni qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
06 iyun 2012, 16:30
Prezident İlham Əliyev Niderland Krallığının İqtisadi məsələlər, Kənd təsərrüfatı və İnnovasiyalar nazirliyinin Xəzər regionu enerji məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rene van der Lindeni qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Niderland şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd etdi.
Niderland Krallığının İqtisadi məsələlər, Kənd təsərrüfatı və İnnovasiyalar nazirliyinin Xəzər regionu enerji məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rene van der Linden ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafını yüksək qiymətləndirdi. Əlaqələrimizin genişləndirilməsində qarşılıqlı işgüzar səfərlərin əhəmiyyətini qeyd edən Niderlandlı qonaq Bakıda keçirilən 19-cu Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransında ölkəsinin geniş şəkildə təmsil olunduğunu məmnunluqla vurğuladı.