Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seyndən
Text size
06 iyun 2012, 15:25
Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək xalqlarımız arasındakı səmimi əlaqələrin bundan sonrakı illərdə də möhkəmlənəcəyinə inamımı bildirmək istərdim.
Hörmətlə,
Theyn Seyn
Myanma İttifaqı Respublikasının Prezidenti