logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

05 iyun 2012, 19:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə I).
2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu” təsdiq edilsin (Əlavə II).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi