logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkiyənin Quru Qoşunları Komandanı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Text size icon-size icon-size

05 iyun 2012, 18:00

Prezident İlham Əliyev Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hayri Kıvrıkoğlunun ölkəmizə səfərinin uğurlu olacağına və hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə edildi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi