logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkan Nəcəfovadan, Tovuz, Azərbaycan

Text size icon-size icon-size

17 aprel 2021, 10:00

Əziz Prezidentimiz.

Siz hər zaman Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm vermisiniz, ədəbiyyat və mədəniyyət nümayəndələrinin həyat və yaradıcılığının öyrənilib gələcək nəsillərə ötürülməsini diqqətdə saxlamısınız. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etmənizə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Nizami Gəncəvi irsinin tədqiqi və təbliği işinə böyük təkan olan bu addımınız Sizin Azərbaycanın ədəbi və bədii irsinə göstərdiyiniz ehtiramın, tarixi şəxsiyyətlərimizə, klassik mədəniyyətimizə verdiyiniz yüksək dəyərin bariz nümunəsidir.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Türkan Nəcəfova

Azərbaycan Respublikası, Tovuz rayonu, Qaraxanlı kəndi 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi