Günel Cəmilovadan, Bakı, Azərbaycan


17 aprel 2021, 15:00
Hörmətli cənab Prezident.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880-ci illik yubileyi münasibətilə 2021-ci ili Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli” elan edilməsinə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm.
Sizin göstərişinizlə Nizami Gəncəvi sənətinin öyrənilməsi və tanıdılması sayəsində ölkəmizdə xeyli işlər görülmüş, şairin əsərləri kütləvi tirajla çap olunmuş, kitabxanalara paylanmışdır.
Nizami Gəncəvinin 880-ci illik yubileyinə həsr olunmuş tədbirlər təntənə ilə qeyd olunur. Bu tədbirlərin keçirilməsi şairin irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradır.
Çox hörmətli Müzəffər Ali Baş Komandan, mədəniyyətimizə verdiyiniz qiymətə və göstərdiyiniz qayğıya görə Sizə öz minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Günel Cəmilova
Füzuli rayon 49 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının, Bakı şəhəri