Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
09 aprel 2021, 14:40
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197, № 12, maddələr 1897, 1907; 2020, № 7, maddə 832, № 11, maddə 1333) aşağıdakı dəyişikliklər edilsin:
1. 347-ci maddə üzrə:
1.1. 347.1.1-ci maddəyə “şəxs” sözündən sonra “(Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olan əcnəbi və vətəndaşlığı olmayan şəxs)” sözləri əlavə edilsin;
1.2. 347.3-cü maddəyə “vətəndaşları” sözündən sonra “, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər” sözləri əlavə edilsin.
2. 348-ci maddə üzrə:
2.1. 348.2.5-ci maddədən “ögey valideynlərinin,” sözləri çıxarılsın və həmin maddəyə “valideynlərin” sözündən sonra “, qəyyumun (himayəçinin)” sözləri əlavə edilsin;
2.2. 348.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“348.2.6. valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa götürülməsinə dair həmin uşağın yerləşdiyi müəssisənin rəhbərinin rəyi və ya uşağın tərbiyə olunduğu himayədar ailənin yazılı ifadə olunmuş fikri;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2021-ci il.