Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDASI
Text size
06 mart 2021, 12:55
Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 6 mart tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası (bundan sonra – Qayda) “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 990 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır.