logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rafiq Bayramovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

01 mart 2021, 10:00

Hörmətli cənab Prezident,

Mən Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayıram. Azərbaycan Respublikasının müdafiəsi uğrunda, Qarabağ müharibəsində yaralanmışam, 2-ci qrup əliləm. Bu dövlət, bu xalq yolunda döyüşdüyüm üçün fəxr edirəm. Çünki dövlətimdən və xalqımdan hər zaman diqqət və qayğı görmüşəm. Həkimlərimiz də sağ olsunlar ki, mənim və digər Qarabağ müharibəsi əlillərinin müalicəsində fəal iştirak edirlər.

Cənab Prezident, Vətən müharibəsində qazandığımız Qələbə biz müharibə əlillərinin ürəyinə su səpdi. Qisasımız alındı, qəlbimizdəki acı həsrətə, intizara son qoyuldu.

Siz xalqımızın sağlamlığının qorunması üçün çox böyük işlər görmüsünüz, hər bir şəraitə malik müasir xəstəxanalar inşa etdirmisiniz. Mən də daxil olmaqla, Biləcəri qəsəbəsində yaşayan Qarabağ müharibəsi əlillərinə, eləcə də yerli sakinlərə göstərilən yüksək tibbi xidmətə, diqqət və qayğıya görə Sizə və həkimlərimizə minnətdaram. Allahdan Sizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Bayramov Rafiq,

2-ci qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.  

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi