Eldəniz Aslanovdan, Şəki, Azərbaycan


24 fevral 2021, 13:55
Hörmətli cənab Prezident.
Mən bir Azərbaycan vətəndaşı olaraq, Sizi hər zaman dəstəkləyirəm və fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.
Siz torpaqlarımızı işğaldan azad etməklə xalqımızın ürəyindəki dərin yaraya məlhəm qoydunuz, xalqımızın daha sağlam və işıqlı gələcəyi üçün geniş üfüqlər açdınız. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı möhkəm təməllər üzərində qurulmuş rels üzərinə çıxardı, Siz isə sükanı möhkəm saxlayaraq ölkəmizi sürətlə irəliyə doğru aparırsınız. Biz bu yolda çox uğurlar, qələbələr əldə etmişik və bunun davamının olacağına inanırıq.
Yaşasın Ulu Öndər ideyaları! Yaşasın Ali Baş Kamandan! Yaşasın Azərbaycan Ordusu!
Hörmətlə,
Eldəniz Aslanov
Azərbaycan Respublikası, Şəki rayonu, Qumux kəndi.