logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məmmədova Əfsanə Səbuhi qızından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

20 fevral 2021, 17:00

Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq ölkəmizi gündən-günə inkişaf etdirirsiniz. Azərbaycan bu gün dünyada çiçəklənən, sürətlə tərəqqi edən və qalib dövlət kimi tanınır.

Mənim həyat yoldaşım Kərim Məmmədov Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı ilə bizim ailə də əhatə olunmuşdur. Bunun nəticəsində firavan həyat sürürük, daim yüksək hörmətlə qarşılaşırıq, çətinlik görmürük.

Müzəffər Ali Baş Komandan, şəhid ailələrinə olan qayğınıza görə Sizə sonsuz minnətdaram. Siz qayğıkeş rəhbər və qüdrətli sərkərdəsiniz!

Biz şəhid ailələri Sizi və yürütdüyünüz siyasəti daim dəstələyirik. Allah Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Məmmədova Əfsanə Səbuhi qızı

Şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi