logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vaqif İbrahimovdan, Saatlı, Azərbaycan

Text size icon-size icon-size

20 fevral 2021, 16:31

Xalqımızın sevimli oğlu, möhtərəm cənab Prezident.

Sizə qohum-əqrəbamız adından təşəkkürümüzü bildirirəm. Saatlı rayon əhalisi hər zaman Sizi dəstəkləmişdir. Sizin ölkəmizə rəhbərliyiniz dövründə Saatlı rayonunda bir çox neqativ hallar aradan qaldırılmış, ölkəmizin hər bir yerində olduğu kimi, rayonumuzda abadlıq-quruculuq işləri görülmüşdür. Bu işlər əhalinin könlünü oxşamaqdadır. Eyni zamanda, vətəndaşların problemləri həll olunur, şəhid ailələrinə xüsusi diqqət ayrılıb.

Cənab Prezident, biz Sizinlə fəxr edirik və Sizə minnətdarıq. Bütün bu işlər Sizin - sevimli Prezidentimizin xalqımıza olan ehtiramından və qayğısından irəli gəlir. Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə yeni-yeni uğurlar arzu edirəm.

Hörmət və ehtiramla,

Vaqif İbrahimov

Azərbaycan Respublikası, Saatlı rayonu, Çolpu kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi