Zəfər Rzayevdən, Lənkəran, Azərbaycan


20 fevral 2021, 16:00
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin və qəhrəman əsgərlərimizin şücaəti və mərdliyi sayəsində qazandığımız böyük Qələbəyə görə Sizə öz adımdan, ailəmin və ağbirçək anamın adından təşəkkür edirəm. Mən və üç oğlum Vətənimiz Azərbaycan naminə Sizin əmrinizə hər zaman müntəzirik.
Sizin mötəbər görüşlərinizi, çıxışlarınızı diqqətlə izləyirəm. Hələ Valday forumundan sonra mən qələbənin çox yaxın olduğunu hiss etdim. Nəhayət o gün gəlib çatdı. Ötən il sentyabrın 27-də başlanan Vətən Müharibəsini Qələbə ilə başa çatdırdığımız üçün özümü çox xoşbəxt sanıram.
Əziz Prezidentimiz, bizə yaşatdığınız Qələbəyə və böyük qürur hissinə görə Sizə bir daha təşəkkür edirəm.
Hörmətlə,
Zəfər Rzayev
Azərbaycan Respublikası, Lənkəran rayonu, Boladi kəndi.