logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kamran Fərzəliyevdən, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

20 fevral 2021, 11:41

Hörmətli cənab Prezident,

Sizin uğurlu siyasətinizin əsas məramı hər zaman xalqın sosial rifahının yaxşılaşdırılmasına xidmət edib. Vətən müharibəsində şanlı Qələbənin sevincini yaşayan xalqımız dövlətin şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına və onların ailələrinə olan diqqət və qayğısını yüksək qiymətləndirir, dövlət-xalq birliyinin bariz nümunəsi kimi dəyərləndirir.

Əhalinin həssas təbəqəsindən olan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə və maddi rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər bu günlərdə imzaladığınız növbəti Sərəncamınızda da öz əksini tapdı.

Sizə çoxsaylı ictimaiyyət adından dərin təşəkkürümüzü bildirirəm. Sizi əmin etmək istəyirik ki, Vətənimizin çiçəklənməsi uğrunda apardığınız uğurlu siyasətin davam etdirilməsində hər zaman var gücümüzlə çalışacağıq.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!

Hörmətlə,

Fərzəliyev Kamran

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi