logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rasim Pirmuradovdan, Qəbələ, Azərbaycan

Text size icon-size icon-size

18 fevral 2021, 14:27

Hörmətli cənab Prezident,

Qəbələ rayonunun Bayramkoxalı kəndinin avtomobil yolunun təmir olunmasına görə kəndimizin sakinləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

Hər bir dövrdə yol insanlar üçün ən mühüm amillərdən biri, bəlkə də birincisi olmuşdur. Nahaq yerə deməyiblər ki, abad kənd yolundan bəlli olar. Sizin ölkəmizə rəhbərliyiniz dövründə bu məsələni daim diqqətdə saxlamağınız milyonlarla insanın həyatına müsbət təsir göstərməklə yanaşı, kəndlərimizin inkişafına, dirçəlməsinə böyük zəmin yaratmışdır. Bu gün ən ucqar kəndlərimizə belə rahat yolların çəkilməsi Sizin qayğıkeşliyinizin, eyni zamanda, dövlətimizin qüdrətinin göstəricisidir.

Cənab Prezident, yolunuz hər zaman hamar, ömrünüz uzun olsun. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Bayramkoxalı kənd sakinləri adından Pirmuradov Rasim.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Bayramkoxalı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi