Şikar Cabbarovdan, Saratov, Rusiya


12 fevral 2021, 13:41
Hörmətli cənab Prezident.
Sizi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqının Milli Qəhrəmanı və xilaskarısınız.
Mən ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Bərdə rayonunda işləmişəm. Hazırda Rusiyanın Saratov şəhərində yaşayıram.
Ulu Öndərimiz bitməz-tükənməz bir ümman idi. Siz də bu ümmandan layiqincə bəhrələnmisiniz. Elə buna görə də Qarabağı azad etmək - bu tarixi qəhrəmanlıq Sizə qismət oldu. Dünya ölkələrinin, böyük güclərin 30 ilə yaxın bir müddətdə həll edə bilmədiyi Qarabağ məsələsini Siz 44 günə həll etdiniz.
Hörmətli və həmişəlik Prezidentimiz, hər zaman ürəyimdən keçib ki, kim Qarabağı təcavüzkarlardan azad etsə, ona Azərbaycanın ən ali ordeni verilsin və Azərbaycanın ən hündür yerində onun qızıldan heykəli qoyulsun. Uğurlu daxili və xarici siyasətinizlə tarixi Qələbəni xalqımıza bəxş etdiyiniz üçün Siz buna layiqsiniz.
Sizə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun!
Hörmətlə,
Şikar Cabbarov
Rusiya Federasiyası, Saratov şəhəri.