logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zəkiyev Şahin İmaməddin oğlundan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

12 fevral 2021, 14:46

Möhtərəm və əziz Prezidentimiz.

Mən könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Şair olmasam da, Sizə səmimi ürək sözlərimi yazdığım şeirlə çatdırmaq istəyirəm.

“Qarabağ Azərbaycandır!” deyək hamımız!

Yaşasın Ali Baş Komandan İlhamımız!

Sən nəfəs verdin Qarabağa, gəldi cana,

Qovuşdu ana Vətənə - Azərbaycana!

Mənfur düşmənimizi susdurdun,

Qan tökənlərə qan uddurdun!

Odlar yurdunda od qoydun düşmənimizə,

Tarix tanıtdırdı dostu, düşməni bizə!

Qarabağda qalmadı düşmən izi,

Qürurla yazdın şərəfli tariximizi!

Ömrünü xalqa, Vətənə həsr etdin,

Sayəndə sonu çatdı üzücü həsrətin!

Vətəni özündən çox qorudun hər zaman,

Ümummilli Liderin oğlu – Milli Qəhrəman!

Sən xalqınla, xalqın Səninlə öyünür,

Xalqın ürəyi Sənə sevgiylə döyünür!

Xalqından güc aldıqca düşməndən öc aldın,

Vətənə xidmətdə zirvələrə ucaldın!

Kəsdin Qarabağdan düşmənin ayağını,

Sancdın yerinə Azərbaycan bayrağını!

Dövlət xalqa, xalq da dövlətə oldu dayaq,

Bu güc qarşısında heç zaman enməz bayraq!

Namərdlə müharibə etdin sən mərd kimi,

O dərs görmədi, ona verdiyin dərs kimi!

Düşmənə elə zərbə vurdun ki, bəsidir,

Tək bu ilin deyil, əsrin qələbəsidir!

Düşmənin iradəsini qırdı təpərin,

Mübarək olsun möhtəşəm, şanlı zəfərin!

Qələbənlə çox sevindirdin Sən hər kəsi,

Xalqımızın müdrik, xilaskar sərkərdəsi!

Düşməni iradənlə zəlil hala saldın,

Böyük xalqından ötrü böyük qisas aldın!

Qazandan xalq sevgisini dərindən dərin,

Layiqli davamçısısan Ulu Öndərin!

Torpağın altı şəhidlər, üstü igidlər,

Vətən Sənə əmanət İlham, ər oğlu ər!

Sağ olun, əziz Xilaskarımız! Allah Sizi qorusun!

Hörmətlə,

Zəkiyev Şahin İmaməddin oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi