Abulov Nihad Fərrux oğlundan, Sumqayıt, Azərbaycan


12 fevral 2021, 13:03
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Yaşım az olsa da bir vətəndaş kimi Sizə səmimi ürək sözlərimi və minnətdarlığımı bildirməyi özümə borc bildim.
Qarabağ azaddır! Bizlər bu ifadəni qürurlanaraq və sevinc hissi ilə bu gün rahatlıqla söyləyirik. Biz buna görə Sizə və yenilməz Azərbaycan Ordusuna borcluyuq. Qələbəmiz sayəsində tək xalqımız sevinmədi, şəhidlərimizin ruhu da şad oldu. Artıq Qarabağımız azaddır, bütün şəhidlərimizin qisası alınıb, xalqımızın qanayan yarası olan Qarabağ həsrətinə son qoyulub.
Bu səbəbdən 44 gün ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edib, xalqımıza bu sevinci yaşatdığınız üçün Sizə və şanlı ordumuza minnətdarlığımı bildirirəm. Mən də Azərbaycan Respublikasına xidmət edəcəyim günləri səbirsizliklə gözləyirəm. Azərbaycan xalqı Sizinlə fəxr edir, hörmətli Prezidentim!
Hər zaman Sizinləyik. Sizə cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram.
Hörmətlə,
Abulov Nihad Fərrux oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.