logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Serbiya Respublikası parlamentinin sədri, Serbiya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Slavitsa Cukiç Deyanoviçdən

Text size icon-size icon-size

01 iyun 2012, 17:20

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi, ölkənizin və xalqınızın gələcək tərəqqisi və rifahı üçün xoş arzularımı Sizə çatdırmaqdan çox məmnunam.

Əminəm ki, xalqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrini möhkəmlətmək üçün Serbiya Respublikası ilə Azərbaycan Respublikasının bütün sahələrdə qarşılıqlı əməkdaşlığının gələcəkdə də inkişafı naminə birlikdə işləyəcəyik.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edəsiniz.

Slavitsa Cukiç Deyanoviç

Serbiya Respublikası parlamentinin sədri,
Serbiya Respublikası Prezidentinin
səlahiyyətlərini icra edən 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi