logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Firuzə Teymurovadan, Saatlı, Azərbaycan

Text size icon-size icon-size

12 fevral 2021, 11:10

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz xalqın xilaskarı, qalib Sərkərdəsiniz, xalqını, millətini yumruq kimi öz ətrafında birləşdirən Müzəffər Komandansınız. Azərbaycan xalqının Sizə olan inamını və ümidlərini doğrultmaqla Siz tarixi ədaləti bərpa etdiniz. Buna görə xalqımız Sizə minnətdardır, Sizinlə qürur duyuruq. Sizin xarici siyasət arenasında göstərdiyiniz əzmkarlığın və qətiyyətliliyin şahidi olduqca qəlbimiz fəxr hissi ilə alovlanır. Hazırda Sizin rəhbərliyinizlə ölkəmizin sosial-iqtisadi həyatının bütün istiqamətlərində sürətli inkişaf baş verir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda onun layiqli davamçısı kimi Sizin tərəfinizdən böyük uğurla həyata keçirilir. Azərbaycan xalqı əmindir ki, Sizin yüksək şəxsi keyfiyyətləriniz, intellektiniz, zəngin idarəetmə təcrübəniz, işgüzarlıq və təşkilatçılıq qabiliyyətinə söykənən fəaliyyətiniz xalqımıza və dövlətimizə bundan sonra da yeni-yeni nailiyyətlər qazandıracaq. Allah Sizi qorusun!

Hörmətlə,

Firuzə Teymurova

Azərbaycan Respublikası, Saatlı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi